Tbilisidə bir neçə coğrafi obyektə yeni adlar verilib
Tbilisidə bir neçə coğrafi obyektə yeni adlar verilib

 

Bu gün Tbilisi Sakrebulosunun iclasında paytaxtın bir neçə coğrafi obyektinə yeni adlar verilib.

Sakrebulonun üzvlərinin qərarına əsasən, Çuğureti rayonunda yerləşən körpüyə klassik yazıçı Quram Doçanaşvilinin, Çoroxi küçəsinə isə gürcü musiqiçisi və folklorşünası Anzor Erkomaişvilinin adı verilib.

Didube rayonunda Qriqol Robakidze prospektinin yaxınlığında yerləşən adsız küçə və parka müğənni və musiqiçi Cemal Chkuaselinin adı verilib.

Çuğureti rayonunda yerləşən Kankava küçəsi bəstəkar, Gürcüstanın əməkdar artisti və Tbilisinin fəxri vətəndaşı Qomar Sixarulidzenin, Qabriel Sundukyan küçəsinin kəsişməsinə isə folklorşünas Kukuri Çoxonelidzenin adı verilib.

Mtatsminda rayonunda Tbilisi küçəsinin hissəsi, ona bitişik bir dalan və bir döngəyə rejissor, rəssam Revaz Qabriadzenin adı verilib.

İsani rayonunda Konstantine Tsutskiridze küçəsinin bir hissəsi və İori döngəsinin hissəsinə memar Qiqa Batiaşvilinin, eyni rayonda Navtluği küçəsinin yaxınlığında yerləşən adsız parka isə Yunanıstan adı verilib.

Qldani rayonunda, Muxianidə İoseb Noneşvili küçəsinin yaxınlığında yerləşən adsız küçəyə müğənni Zurab Bakuradzenin adı verilib. Tbilisinin 220 saylı dövlət məktəbi isə bu gündən Zurab Dzamunaşvilinin adını daşıyacaq.