Tbilisidə baş vermiş xəsarət yetirmə faktı ilə əlaqədar bir nəfər Sadaxlo keçid məntəqəsi yaxınlığında saxlanılıb
Tbilisidə baş vermiş xəsarət yetirmə faktı ilə əlaqədar bir nəfər Sadaxlo keçid məntəqəsi yaxınlığında saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Dzveli Tbilisi Baş Bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1980-ci il təvəllüdlü İ.D.-ni qəsdən sağlamlığa ağır xəsarət yetirmək və qanunsuz silah əldə etmək-saxlamaq-gəzdirmək ittihamı ilə ölkəni tərk etməyə çalışarkən Sadaxlo keçid məntəqəsi yaxınlığında saxlayıblar.

“İstintaqla təqsirləndirilən şəxsin Tbilisidə qarşılıqlı mübahisə zəminində polis əməkdaşı olan 1990-cı il təvəllüdlü L.M.-yə xəsarət yetirdiyi və hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib. Yaralı polis hadisə zamanı xidməti vəzifəsini yerinə yetirmirmiş, o, dostları ilə Tbilisinin Tabidze küçəsində olub.

L.M. hazırda tibb müəssisəsindədir , ona müvafiq tibbi yardım göstərilir. Onun həyatı və sağlamlığı üçün təhlükə yoxdur” – deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirlikdən verilən məlumata görə, qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah-sursat əldə etmə-saxlama-daşıma faktları üzrə Cinayət Məcəlləsinin 117 və 236-cı maddələri ilə istintaq aparılır. Cinayətlər dörd ildən yeddi ilədək həbs cəzasını nəzərdə tutur.