Tbilisidə baş verən faciə ilə əlaqədar “Gürcüstanda şərab günləri” festivalının planlaşdırılan tədbirləri təxirə salınıb
Tbilisidə baş verən faciə ilə əlaqədar “Gürcüstanda şərab günləri” festivalının planlaşdırılan tədbirləri təxirə salınıb

 

Tbilisidə baş verən faciə ilə əlaqədar baş nazir İrakli Ğaribaşvilinin qərarı ilə “Gürcüstanda şərab günləri” festivalı çərçivəsində planlaşdırılan bütün tədbirlər təxirə salınıb.

“Dünyasını dəyişən yeniyetmənin ailə üzvlərinin, yaxınlarının və dostlarının kədərini bölüşürük” – deyə festivalın təşkilatçılarının bəyanatında deyilir.

Mövcud məlumata görə, Vake parkında oynayarkən uşaqların topu fəvvarənin içərisinə düşüb, onu çıxararkən üç azyaşlını elektrik cərəyanı vurub. Onlardan ikisi Xeçinaşviliyə, biri isə İaşvili Klinikasına yerləşdirilib. Azyaşlılardan biri klinikada dünyasını dəyişib.

Baş vermiş hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi elektrik və ya istilik enerjisi , qaz, neft və ya neft məhsulları müəssisəsində təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan Cinayət Məcəlləsinin 240-cı maddəsinin birinci hissəsi ilə istintaq başladıb.