Tbilisidə Anzor Abulaşvili küçəsində planlaşdırılan işlərlə əlaqədar olaraq, hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq
Tbilisidə Anzor Abulaşvili küçəsində planlaşdırılan işlərlə əlaqədar olaraq, hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq

 
Anzor Abulaşvili küçəsində planlaşdırılan yenidənqurma işləri ilə əlaqədar noyabrın 11-dən saat 22:00-dan etibarən avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Tbilisi Meriyasının mətbuat xidməti məlumat yayır.

Meriyadan verilən məlumata əsasən, Abulaşvili küçəsində, metronun “Didube” stansiyasından Şalikaşvili adına körpü istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Məhdudiyyət dövründə avtomobillər Abulaşvili küçəsi əvəzinə Akaki Tsereteli prospektindən istifadə etməklə hərəkət edəcəklər. İşlər başa çatan kimi sözügedən küçədə nəqliyyatın hərəkəti bərpa olunacaq”- deyə meriyanın məlumatında qeyd olunur.