Tbilisidə, Ancaparidze küçəsində yaralanan gənc kişi klinikada vəfat etdi
Tbilisidə, Ancaparidze küçəsində yaralanan gənc kişi klinikada vəfat etdi. Məlumatı Gürcüstanın Birinci Kanalına Simon Xeçinaşvili adına Universitet Klinikasında təsdiq etdilər.
Klinikada bəyan etdiklərinə görə, yaralını klinikaya kritik vəziyyətdə gətirdilər və çoxlu qan itirmişdi, bun görə də xilas etmək mümkün olmadı. Gənc kişi səhər açılarkən vəfat etdi.
Tbilisidə, Verada gənc kişini dünən yaraladılar. Mövcud məlumatla, kişiyə odlu silahdan bir neçə dəfə atəş açdılar.
Fakt üzrə istintaq GCM-nin 19-108 və 236-cı maddələri ilə aparılır. Maddələr qəsdən qətl cəhdini və odlu silahın qanunsuz əldə edilməs-saxlanılması-gəzdirilməsini nəzərdə tutur.