Gürcü Pravoslav Kilsəsi bu gün Milad bayramını qeyd edir. Yanvarın 7-də Milad Alilosu keçirilir.
Tbilisidə Birinci Respublika Meydanından ziyarətçilərin və xor üzvlərinin yürüşü başlayıb, bundan sonra Alilo iştirakçıları Parlamentə və Tbilisi Şəhər Şurasına doğru gediblər, orada onlara Milad hədiyyələri təqdim olunub. Yürüş Sameba Katedralında Miladın şükür duası ilə başa çatdı.
Alilo yürüşü zamanı alınan ianələr uşaq evlərinə, cəzaçəkmə müəssisələrinə və qocalar evlərinə paylanacaq.
Milad yürüşü 2000-ci ildən bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın xeyir-duası ilə qeyd olunur.
Müəllif -
Mehemmed Bayramaliyev