Tbilisidə 68 yaşlı qadını axtarırlar. Ailə üzvləri Manana Ğazaişvilini
mayın 14-dən sonra nəticəsiz axtarırlar.
Manana Ğazaişvili mayın 14-də axşam təxminən saat 21:00 radələrində evindən Qoqebaşvili küçəsindən çıxdı və bu vaxta gədər yaxınlarının onun haqqında heç bir məlumatı yoxdur.
Ailə üzvlərinin bəyanatına görə, qadının səhhətində və yaddaşında heç bir problem yoxdur.
68 yaşlı Manana Ğazaişvilinin yaxınları vətəndaşları hər hansı bir məlumatın olması halında aşağıdakı nömrələrlə əlaqə saxlamağa çağırır: 5 99 77 72 84; 5 77 95 04 43.
Gürcüstanın Birinci Kanalı ailə üzvlərinin icazəsi ilə Manana Ğazaişvilinin fotosunu yayır.