Tbilisidə 4 otaqlı mənzil almaq tələbilə məcburi köçkün ailələrinin müraciətlərinin doldurulmasına başlanılıb
Məcburi Köçkünlər, Ekomiqrantlar və Dolanışıq Resursları ilə Təminat Agentliyi Tbilisidə 4 otaqlı mənzilə namizəd olan məcburi köçkün ailələrinin müraciətlərinin qəbuluna başlayıb.
Məcburi Köçkünlər Agentliyi tərəfindən verilən məlumatda bildirilir ki, müraciəti 2013-cü ilin iyunun 1-dək Tbilisidə qeydiyyatdan keçən 7-8 üzvdən ibarət məcburi köçkün ailələri doldura bilər.
Noyabrın 30-u da daxil olmaqla ölkə miqyasında istənilən ədliyyə evinə mənzil verilməsi tələbi ilə müraciət etmək mümkündür.
Müraciətlər həmçinin agentlik və onun ərazi xidmətlərində aşağıdakı ünvanlarda qəbul edilir: Tbilisi, Tamaraşvili küç. N15a; Qori, Sameba küçəsi N1; Rustavi, Kostava küç. N20; Kutaisi, Abaşidze pr. N27; Zuqdidi, Ağmaşenebeli küç. N106.