Tbilisinin meri Kaxa Kaladze bəyan edir ki, seçki plakatlarının vurulması ilə bağlı, yeni requlyasiyalar qüvvəyə minəcək.
Requlyasiyalara əsasən, seçki plakatları sadəcə konkret yerlərə vurulacaq.
Tbilisi merinin dediyinə görə, plakatlar şəhərin görüntüsünü çirkinləşdirir və hər istədiyi yerə plakat vuranları cərimə gözləyir.
“Bundan sonra, siyasi partiyalar öz seçki plakatlarını sadəcə müəyyən yerlərdə vura biləcəklər. Əks təqdirdə, onları cərimələr gözləyir” – dedi Kaladze.