Tbilisi və Batumi Beynəlxalq Aeroportları "Aeroportların sağlamlıq akkreditasiyası" sertifikatına layiq görüldülər
Tbilisi Beynəlxalq Aeroporu artıq üçüncü dəfə, Batumi Beynəlxalq Aeroportu isə, ikici dəfə “ACI”-nin “Aeroportların sağlamlıq akkreditasiyası” sertifikatına layiq görüldü.
“TAV Georgianın” məlumatına görə, Beynəlxalq Aeroportlar Şurası (ACI) tərəfindən verilən Aeroportlarda Sağlamlıq Akkreditasiyası Sertifikatı hava limanında həyata keçirilən sağlamlıq tədbirlərinin və prosedurlarının beynəlxalq standartlara uyğunluğunun tanınmasıdır.
“Beynəlxalq Aeroportlar Şurası (ACI) Aeroportların Sağlamlıq Akkreditasiyası Proqramı təsdiq edir ki, Tbilisi və Batumi Beynəlxalq Aeroportları “ACI” və “ICAO” rekomendasiyalarına uyğun olaraq sərnişinlər üçün təhlükəsiz mühit təmin edir”, – TAV Georgia şirkətində bəyan edirlər.