Tbilisinin uşaq bağçalarında yeni tədris ili sentyabrın 18-də başlayacaq
Tbilisinin uşaq bağçalarında yeni 2023-2024-cü tədris ili sentyabrın 18-də başlayacaq-bu barədə meriya məlumat yayır.
Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyi yeni tədris ilini üç yeni uşaq bağçası ilə qarşılayır – Samqori rayonunda 130 nömrəli uşaq bağçasının binasının açılışı olacaq, Çuğureti rayonuna 125 nömrəli uşaq bağçasının binası əlavə olunacaq, Krtsanisi rayonunda isə 108 nömrəli uşaq bağçası ilk dəfə uşaqları qəbul edəcək.
Uşaq bağçalarının tikintisi ilə paralel olaraq, yay mövsümündə 100-dən çox uşaq bağçası uşaqların daha yaxşı təchiz olunmuş və təhlükəsiz şəraitdə qarşılanması üçün infrastrukturla təmin edilmişdir.
“Qeyd edək ki, bu il ilk dəfə olaraq Tbilisinin Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyi uşaqların qeydiyyatını yeni qaydada həyata keçirib, bunun nəticəsində biz dövlət uşaq bağçalarına olan tələbatı mümkün qədər qarşılamışıq.Tədris ilində artıq 15 mindən çox uşaq qeydiyyatdan keçib və ümumilikdə 188 uşaq bağçası paytaxtda xidmət göstərir”-bu barədə Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyinin rəhbəri Qoqi Çikovani bildirib.
Sentyabrın 18-də Tbilisinin bütün uşaq bağçaları azyaşlı uşaqları əyləncəli tədbirlərlə qarşılayacaq.