Tbilisi Televiziya Qülləsi Ukraynanın dövlət bayrağının rənglərində işıqlandırılıb
Ukrayna bu gün müstəqilliyinin 32-ci ildönümünü qeyd edir. Tbilisi meriyasının mətbuat xidmətindən verilən məlumata görə, Ukraynanın milli bayramı ilə əlaqədar Tbilisi Televiziya Qülləsi Ukraynanın dövlət bayrağının rənglərində işıqlandırılıb.
Bundan əlavə, Tbilisi meri Kaxa Kaladze Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və onlara ərazi bütövlüyü ilə yanaşı firavanlıq arzulayıb.
“Dostumuz Ukraynanı və qəhrəman xalqı Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Mübarizəniz qələbə, müstəqillik və sülh gətirsin! Ukraynaya ərazi bütövlüyü və firavanlıq arzulayıram!”, – deyə Kaxa Kaladze bildirib.
1991-ci il avqustun 24-də Ukraynada dövlət müstəqilliyi elan edilib.