Tbilisi teleqülləsi Dominikan Respublikasının bayrağının rənglərində işıqlandırılıb
Dominikan Respublikasının Müstəqillik Günü ilə əlaqədar Tbilisi teleqülləsi Dominikan Respublikasının bayrağının rənglərində işıqlandırılıb. Məlumatı Tbilisi Meriyası yayıb.
Bu gün Dominikan Respublikası Haitidən ayrılaraq müstəqilliyini əldə etməsini qeyd edir.
27 fevral 1844-cü ildə Haitidən ayrılaraq müstəqillik əldə etməklə başa çatan Müstəqillik Müharibəsindən 180 il keçir. Bu gün Dominikan Respublikasında bir sıra təntənəli tədbirlərlə qeyd olunur. Bayram marşı və bütün vətəndaşların xüsusi hazırlaşdığı kostyumlu karnaval keçirilir.