Tbilisi teleqülləsi Avropa İttifaqının bayrağının rənglərində işıqlandırılıb
Tbilisi teleqülləsi Avropa İttifaqının bayrağının rənglərində işıqlandırılıb.
Məlumatı Tbilisi Meriyası yayır.
“Teleqüllənin işıqlandırılması ilə bağlı qərar Avropa Komissiyasının Gürcüstana namizəd statusunun verilməsi haqqında tövsiyəsi ilə bağlıdır.
Avropa Komissiyasının bu tövsiyəsi ilə Avropa Gürcüstan üçün tarixi əhəmiyyət kəsb edən daha bir qərar qəbul etdi” – Tbilisi Meriyasının məlumatında deyilir.
Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsini Avropa Şurasına tövsiyə edib. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien və genişlənmə məsələləri üzrə Avropa komissarı Oliver Varhey birgə brifinqdə bildiriblər.