Tbilisi-Senaki-Leselidze yolunun müəyyən hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, güclü qar nəticəsində Tbilisi-Senaki-Leselidze beynəlxalq əhəmiyyətli avtomobil yolunun km 133-km 158-ci hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.
Magistral yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir.