Tbilisi-Senaki-Leselidze yolunun hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Tbilisi-Senaki-Leselidze yolunun hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
“Beynəlxalq əhəmiyyətli bilisi-Senaki-Leselidze yolunun km150-km152 (Xevi kəndi) hissəsində asfalt -beton işlərinin həyata keçirilməsi səbəbindən, 2023-cü il 15 martda saat 11:00-dan saat 18:00-a qədər yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Başqa növ avtonəqliyyatın hərəkəti sərbəstdir.
Günün başqa dövründə və yolun başqa hissəsində avtonəqliyyatın hərəkəti sərbəstdir”, – məlumatda deyilir.