Tbilisi-Senaki-Leselidze yolunun bir hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, Tbilisi-Senaki-Leselidze yolunun bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Beynəlxalq əhəmiyyətə malik Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 26-cı km-də, Araqvi körpüsündə (qərb-şərq istiqaməti) aparılan təmir işləri çərçivəsində təcili ehtiyaclarla əlaqədar olaraq yolun hərəkət hissəsi müvəqqəti olaraq daralacaq, avtonəqliyyat vasitələrinin hərəkəti bir zolaqda həyata keçiriləcək.
Sözügedən rejimə uyğun nəqliyyat hərəkəti cari ilin dekabr ayının 15-dək həyata keçiriləcək”, – məlumatda bildirilir.
Müəllif -
Mehemmed Bayramaliyev