Tbilisi-Senaki-Leselidze yolunda, Araqvi çayı körpüsündə hər iki zolaqda nəqliyyatın hərəkəti bərpa edilib
Tbilisi-Senaki-Leselidze yolunda, Araqvi çayı körpüsündə hər iki zolaqda nəqliyyatın hərəkəti bərpa edilib

Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 26-cı km-də, Araqvi çayı körpüsünün sol tərəfində işlər yekunlaşıb və hər iki zolaqda nəqliyyatın hərəkəti bərpa edilib.

Sözügedən məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.

Martın 21-də Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb və əhaliyə məlumat verib ki, Araqvi çayı üzərindəki körpünün (sol istiqamət) konstruksiya hissəsi zədələnib və təmirə ehtiyac var, görüləcək işlərdən irəli gələrək qeyd olunan hissədə bir hərəkət zolağında qərb-şərq istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdı.