Tbilisi-Senaki-Leselidze yolunda, Araqvi çayı körpüsündə bir zolaqda nəqliyyatın hərəkəti on gün müddətinə məhdudlaşdırılacaq
Tbilisi-Senaki-Leselidze yolunda, Araqvi çayı körpüsündə bir zolaqda nəqliyyatın hərəkəti on gün müddətinə məhdudlaşdırılacaq

 
Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 26-cı km-də, Araqvi çayı körpüsündə (sol istiqamət) zədələnmiş konstruksiya hissəsində bərpa işləri aparılır. Məlumatı Avtomobil Yolları İdarəsi yayır.

Qurumdan verilən məlumatda, bununla əlaqədar olaraq 10 gün ərzində bir zolaqda qərb-şərq istiqamətində avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı deyilir.