Tbilisi-Senaki-Leselidze yolunda, Araqvi çayı körpüsündə bir hərəkət zolağında nəqliyyatın hərəkəti bir həftə müddətinə məhdudlaşdırılacaq
Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 26-cı km-də, Araqvi çayının körpüsündə (sol istiqamət) zərər görmüş konstruksiya hissəsinin bərpası işləri aparılır-bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.
Avtomobil Yolları İdarəsindən verilmiş məlumatda qeyd olunduğu üzrə, bu səbəbdən sözügedən hissədə, bir həftə ərzində bir hərəkət zolağında qərb-şərq istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.