"Tbilisi səması altında" çərçivəsində 25-26 iyunda, Qldaninin altıncı mikrorayonunda yerləşən parkda konsert keçiriləcək
“Tbilisi səması altında” layihəsi davam edir və iyunun 25-26-da Qldaninin altıncı mikrorayonunda yerləşən parkda estrada müğənniləri və musiqi qruplarının konsertləri keçiriləcək, – bu barədə Tbilisi meri, Kaxa Kaladze bəyan etdi.
Onun Tbilisi munisipalitetinin hökumət iclasında qeyd etdiyi kimi, musiqi axşamları saat 19:00-da başlayacaq və iştirak pulsuz olacaq.
“Tbilisi səması altında” layihəsini davam etdiririk. Bunun çərmivəsində də, istirahət günlərində paytaxtın müxtəlif məhəllərində musiqi axşamları keçirilir. Bu layihə çox populyardır və çox sayda insan iştirak edir, bu da sevindiricidir. Bu dəfə, 25 və 26 iyun tarixlərində Meriya sizi estrada müğənniləri və musiqi qruplarının əhvalınızın qayğısına qalacağı Qldanidə konsertə dəvət edir. Konsert Qldaninin altıncı mikrorayonunda yerləşən parkda (N7 və N20 korpusların arası) keçiriləcək. Başlanğıc saat 19:00-da. İştirak pulsuz olacaq. Gəlib istirahət edib, əylənib və dincələ bilərsiniz”, – Kaladze qeyd etdi.