Tbilisi Şəhər Şurasının müxalifət deputatları hücumun iştirakçılarının və Qldanidəki cinayətin təşkilatçılarının həbsini, həbs edilmiş müxalifətçilərin isə azadlığa buraxılmasını tələb edirlər
Tbilisi Şəhər Şurasının müxalifətçi deputatları Qldanidəki hücumun iştirakçılarının və cinayətin təşkilatçılarının həbsini tələb edirlər. Bu barədə onlar Şəhər Şurasında keçirilən birgə brifinqdə məlumat veriblər.
Müxalifət deputatlarının brifinqdə bildirdiyinə görə, onların tələbi həm də həbsdə olan “Milli Hərəkat” üzvlərinin azadlığa buraxılmasıdır.
Bundan əlavə, “Milli Hərəkat”ın üzvü kimi İrakli Nadiradze qeyd edib ki, müxalifət deputatlarının hücuma məruz qalması və heç kimin məsuliyyətə cəlb edilməməsi ilə bağlı artıq bir çox presedentlər var.
“Dünən hamımız birlikdə ən ağır cinayətin şahidi olduq. Biz “Gürcü arzusu” “Tituşkalar”, polislər, DTX-nın “Nasedkalarının” iştirakı ilə cinayətkar qruplaşmanın hücumunu gördük, onlar həmkarımız, şəhər şurasının deputatı İrakli Edzveradzeni amansızcasına döydülər. İctimaiyyət bir daha gördü ki, rus oliqarxı İvanişvili elə bir oliqarx, avtokratik rejim yaradıb ki, bir nəfər şəhər şurasına gedib rus agenti Partsxaladzenin cəzalandırılmasını tələb etdiyi üçün, bu ölkədə daha Rusiya hakimiyyətinin olmaması tələbi ilə çıxış etdiyi üçün Rus hökuməti 40-a yaxın DTX agenti, DTX – nın “Nasedkasını” həmin şəxsin evinə göndərməyə uşaqların, qadınların və valideynlərin gözü qarşısında onlara fiziki təzyiq göstərməyə hazırdır. Kaxi Kaladze olmasaydı, DTX olmasaydı, polis olmasaydı, bu qorxaqlar, ləçərlər, qeyri-insanilər, qeyri-kişilər buna cürət edə bilməzdilər. Təəssüflər olsun ki, müxalifətdən olan deputatlara qarşı hücum olduğu halda heç kimin məsuliyyətə cəlb olunmadığı bir çox presedentlər var. Həm “Gürcü arzusunun” deputatlarına suallarımız var, çünki bu, şəhər şurasında başlayan və tənqidi rəyə səbəb olan insidentin davamı idi, həm də DTX-ya, polisə, Kaxi Kaladzeyə suallarımız var.
Təkcə qrup hücumunun iştirakçıları olan DTX-nın “Nasedkalarının” deyil, “Gürcü arzusunda”, DTX və polis içərisində tapılmalı olan sifarişçilərin və təşkilatçıların da cəzalandırılmasını tələb edirik. Bundan əlavə, dünən həbs olunan şəxslərin dərhal azadlığa buraxılmasını xahiş edirik, həmkarlarımız Zviad Kuprava, Nika Melia, Baço Dolidze həbsdədir. Bu adamları yalnız ona görə həbs ediblər ki, onların sualları var: 40-50 nəfər toplaşanda və mütəşəkkil cinayətkarlıqdan xəbər tutanda polis harada idi?”, – deyə Nadiradze bildirib.
Dünən Qldanidə “Milli Hərəkat” üzvləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma olub. Qarşıdurma “Milli Hərəkat”ın şəhər şurası deputatı İrakli Edzveradzenin yaşadığı ərazidə baş verib. Nika Melianın sözlərinə görə, İrakli Edsqveradzeyə hücumdan sonra “Milli Hərəkat” üzvləri İrakli Edsqveradzenin evinə toplaşıblar. Daxili İşlər Nazirliyinin məlumatına görə, Qldanidə baş verən qarşıdurma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları üç nəfəri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq həbs ediblər.
Bundan əlavə, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sakrebulo deputatının və onu müşayiət edən şəxslərin sağlamlığına zərər vurması faktı ilə bağlı qrup zorakılığı maddəsi ilə araşdırma başlanıb.
Müəllif -
Mehemmed Bayramaliyev