Tbilisi şəhər şurasında Gürcüstanın Dövlət Bayrağı Günü qeyd edilib
Dövlət Bayrağı Günü münasibətilə Tbilisi Şəhər Şurasının Adlar və Rəmzlər Komissiyasının təşəbbüsü ilə Şəhər Şurasının binasından bayraqlar ucaldılıb.
Şəhər Şurasının mətbuat xidmətinin məlumatına görə, tədbirdə Şəhər Şurasının Adlar və Rəmzlər Komissiyasının sədri Nino Vardosanidze və Sakrebulonun üzvləri iştirak ediblər.
Tbilisi Şəhər Şurasının Adlar və Rəmzlər Komissiyasının sədri Nino Vardosanidze vətəndaşları bugünkü gün münasibətilə təbrik edib.
“Yanvarın 14-ü Gürcüstanın Dövlət Bayrağı Günüdür və Tbilisi Şəhər Şurası ənənəvi olaraq bu günü Gürcüstan bayraqlarının ucaldılması ilə qeyd edir. Bu gün dövlət qurumları müxtəlif üsullarla Gürcüstan bayrağını ucaldacaqlar. Mən vətəndaşlarımızı bugünkü gün münasibətilə təbrik etmək istərdim və imkanı olan hər kəs bu mühüm dövlət simvoluna eyni üsulla hörmət göstərə bilər”, – deyə Nino Vardosanidze bildirib.
Gürcüstanın “Gürcüstanın dövlət rəmzlərindən istifadə haqqında” qanununa əsasən, yanvarın 14-ü Gürcüstanın dövlət bayrağı günü elan edilib.
Dövlət Bayrağı Günü ilk dəfə 2012-ci ildə qeyd olunub.
Müəllif -
Mehemmed Bayramaliyev