Tbilisi Şəhər Məhkəməsində Vake Parkı işi üzrə iclas keçirilir
Tbilisi Şəhər Məhkəməsində Vake Parkı işi üzrə iclas keçirilir

 

Tbilisi Şəhər Məhkəməsində Vake Parkı işi üzrə hazırlıq iclası keçirilir.

Sözügedən məsələ üzrə müttəhim “Greenservice+” şirkətinin direktoru Laşa Purtsxvanidzenin vəkili Arçil Çopikaşvili məhkəmədə fəvvarəni komplektləşdirən detalları istehsal edən müəssisənin nümayəndəsi, montaj mühəndisi Lianq Minqçinin dindirilməsini tələb edib.

Çopikaşvilinin qeyd etdiyi kimi, o, mühüm şahidlə əlaqə qura və dindirə bilməyib, ittihamçı tərəf isə bu şahidi tapmaqla maraqlanmayıb.

Təqsirləndirilən Laşa Purtsxvanidzenin özü bildirib ki, bu şahidi dindirmək vacibdir, çünki o, avadanlığı quraşdırıb və bir ay boyunca işlər görüb, onun şirkətinin işçiləri isə Lianq Minqçiyə sadəcə olaraq kömək ediblər.

“Həmin şəxs bir ay boyunca orada idi, bütün avadanlıqları quraşdırdı, “Delta 300”ün nümayəndəsi bizə zəmanət verdi ki, nəsə olsa, o, edəcəkdi. Mənim də ona suallarım var və onu məhkəmədə dindirmək vacibdir”- deyə Laşa Purtsxvanidze açıqlayıb.

Bundan əvvəl prokuror öz sübutlarının siyahısını təqdim edərkən Laşa Purtsxvanidzenin götürülmüş mobil telefonun möhürlənməsinin əleyhinə olduğunu açıqlayıb, Purtsxvanidze isə telefonu ofisdən müstəntiqə şəxsən verdiyini, ekran parolunu təqdim etdiyini və əgər sübutların götürülməsinə qarşı çıxsaydı, istintaqın bu konkret telefonu götürə bilməyəcəyini bildirib.

Purtsxvanidze ilk gündən istintaqla əməkdaşlıq etdiyini və gizlədəcək heç nəyi olmadığını iddia edir.

Məhkəmədə ittihamçı və müdafiə tərəflərinin dəlillər siyahısının qəbulunu müzakirə edirlər. Vəkillər dekabrın 27-dək prokurorluğun əldə etdiyi bütün sübutların qəbuledilməz elan edilməsini tələb edirlər.