Tbilisi Şəhər Məhkəməsində "TBC Bank"a basqın işi üzrə təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri məsələsi müzakirə olunur
Tbilisi Şəhər Məhkəməsində "TBC Bank"a basqın işi üzrə təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri məsələsi müzakirə olunur

 
Tbilisi Şəhər Məhkəməsində “TBC Bank”a basqın işi üzrə təqsirləndirilən şəxs, Quqa Qotsiridzenin barəsində qətimkan tədbiri məsələsi ilə bağlı proses keçirilir.

İttihamçı tərəf həbs cəzası istəyir. Prokuror Qiorqi Nadiradze, cinayətlərin davam etməsi təhlükəsinin olduğunu bildirib. Nadiradze, Qotsiridzenin ittiham olunduğu soyğunçuluq maddəsinin 5 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutduğunu deyib. Prokuror sübutların məhv edilməsi təhlükəsindən də danışıb.

Bununla belə, vəkil Davit Barbakadze, Quqa Qotsiridzenin istintaqla əməkdaşlıq etdiyini və cinayəti etiraf etdiyini bildirib. Müdafiə tərəfi girov qarşılığında buraxılmasını tələb edib və məhkəmədən girov məbləğinin müəyyən edilməsini istəyib.