Tbilisi Şəhər Məhkəməsində Mixeil Saakaşvili məsələsi üzrə saxlanılan şəxslərin məhkəmə prosesi keçirilir
Tbilisi Şəhər Məhkəməsində Mixeil Saakaşvili məsələsi üzrə saxlanılan şəxslərin məhkəmə prosesi keçirilir

 

Tbilisi Şəhər Məhkəməsində Mixeil Saakaşvilinin Gürcüstana daxil olması məsələsi üzrə saxlanılmış – Qiorqi Narimanidze, Elquca Tsomaia, Zurab və Şalva Tsotsoria-ların məhkəmə prosesi keçirilir.

Bugünkü prosesdə saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirinə yenidən baxılacaq.

Prokurorluq saxlanılan şəxslər barəsində ən ağır tədbirin  həbs-qətimkan tədbirinin qüvvədə saxlanılmasını tələb edir.

Müdafiə tərəfi isə saxlanılan şəxslərin qətimkan tədbiri olmadan buraxılması barədə vəsatət irəli sürəcək.

Məlumat üçün bildirək ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 375-ci maddəsinin ikinci hissəsi, 344-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi və 344-cü maddənin 1-ci hissəsi ilə istintaq aparılır.

Müqəssirlər – Qiorqi Narimanidze, Elquca Tsomaia, Şalva və Zurab Tsotsorialar ağır cinayəti ört-basdır etməkdə ittiham olunurlar. Elquca Tsomaia barəsində həmçinin sərhədi qanunsuz keçməyə köməklik etməkdə ittiham irəli sürülüb.