Tbilisi Şəhər Məhkəməsində Lazare Qriqoriadisin işi üzrə ilkin məhkəmə iclası keçirilir
Martın 7, 8, 9-da Tbilisidə keçirilən aksiya zamanı polis əməkdaşına hücum etməkdə və əşyaya ziyan vurmaqda təqsirləndirilən Lazare Qriqoriadisin cinayət işi üzrə Tbilisi Şəhər Məhkəməsində ilkin məhkəmə iclası keçirilir. Prosesdə təqsirləndirilən şəxs və onun tərəfdarları iştirak edirlər.
İclasda sübutların məqbulluğu müzakirə edilməlidir. Bununla yanaşı, bu gün həm də həbsin məqsədəuyğunluğu da müzakirə olunur.
Müdafiə tərəfi həbsin girovla əvəz olunmasını tələb edir. Lazare Qriqoriadisin həbsdə qalmasını söyləyən prokurorun buna zidd tələbi var.
İclas başlamazdan əvvəl Tbilisi Şəhər Məhkəməsində paralel olaraq Lazare Qriqoriadisin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyada onun tərəfdarları, fəallar və siyasətçilər iştirak ediblər.
Martın 7, 8, 9-da Rustaveli prospektində keçirilən aksiyada polis əməkdaşına hücum etməkdə və əşyaya ziyan vurmaqda təqsirləndirilən Lazare Qriqoriadis barəsində martın 31-də həbs qətimkan tədbiri seçilib. İstintaqın məlumatına görə, 21 yaşlı Lazare Qriqoriadis aksiya zamanı polis əməkdaşlarına daş və dırnaq arası “Molotof kokteyli” atıb, nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıb. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinə məxsus avtomobili yandırıb.