Tbilisi Şəhər Məhkəməsində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər
Tbilisi Şəhər Məhkəməsində kinoloqlar işləyirlər. Binanın yaxınlığına heç kəs buraxılmır. Şəhər Məhkəməsində bu günə təyin edilmiş bütün proseslər təxirə salınıb.
Səbəb olaraq binada ehtimal ki, partlayıcı qurğu olduğuna dair anonim zəng göstərilir.
“Gəldim, məhkəmə prosesim olmalı idi, amma dedilər ki, fövqəladə vəziyyətdir. Bu gün bütün proseslər təxirə salınıb, bağlandığını deyirlər. Səbəbini soruşdum və mənə dedilər ki, anonim zəng olub ki, binada bomba var, kinoloqlar gəlib və ona görə də bütün proseslər təxirə salınıb”-deyə vəkil Qiorqi Beruaşvili açıqlayıb.