Tbilisi Şəhər Məhkəməsində Davit Qareci məsələsi üzrə təqsirləndirilən İveri Melaşvili və Natalia İliçovanın prosesi davam edir
Tbilisi Şəhər Məhkəməsində Davit Qareci məsələsi üzrə təqsirləndirilən İveri Melaşvili və Natalia İliçovanın prosesi davam edir

 
Davit Qareci məsələsi üzrə təqsirləndirilən İveri Melaşvili və Natalia İliçovanın məhkəmə prosesi ittihamçı tərəfin şahidlərinin dindirilməsi ilə davam edir.

Hakim, Natalia İliçovanın vəkilinin bugünkü iclasın təxirə salınması ilə bağlı vəsatətini təmin etməyib.

Natalia İliçovanın vəkillərindən biri Sulxan Komaxidzenin məhkəmə iclasının təxirə salınması xahişi ilə bağlı məktubu təqdim edilib və o məktubunda andlılar məhkəməsinin prosesində olduğuna görə  bugünkü məhkəmə prosesində iştirak edə bilmədiyini izah edirdi.

Hakim qeyd edib ki, İliçovanın bugünkü iclasda iştirak edən başqa vəkili də var və bir ay əvvəldən təyin edilmiş məhkəməni təxirə sala bilməz.

Proses başlamazdan əvvəl İveri Melaşvili bildirib ki, məhkəmə iclasları 2 ildir uzanır, bu da suallar yaradır. Onun sözlərinə görə, hüquqi əsaslar əvvəlcədən olmayıb və məsələ siyasi motivlidir.

Prokurorluq Davit Qareci məsələsi üzrə Xarici İşlər Nazirliyinin əməkdaşı İveri Melaşvili və Daxili İşlər Nazirliyinin əməkdaşı Natalia İliçovanı 2020-ci ilin oktyabrın 7-də həbs edib. Onlar Gürcüstan ərazilərinə qarşı fəaliyyət göstərməkdə ittiham olunurlar. Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçib, lakin İveri Melaşvili və Nataliya İliçova yanvarın 28-də girov qarşılığı sərbəst buraxılıblar. Melaşvili və İliçova barələrində irəli sürülən ittihamlar üzrə özlərini təqsirli görmürlər.