Tbilisi Şəhər Məhkəməsində azyaşlının döyülməsi ilə bağlı iş üzrə məhkəmə prosesi davam edir
Tbilisi Şəhər Məhkəməsində azyaşlının döyülməsi ilə bağlı iş üzrə məhkəmə prosesi davam edir

Tbilisi Şəhər Məhkəməsində azyaşlının döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Prokurorluq saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirinin tətbiq edilməsini xahiş edir. İttiham tərəfi həmçinin patrul müfəttişlərinin səlahiyyətlərindən məhrum edilməsini tələb edir.

Prokuror Aleksandr Çxeidzenin sözlərinə görə, gizlənməyin təhlükəsi, eləcə də şahidlərə təsir göstərdiyi üçün onlar həbs-qətimkan tədbirinin tətbiqini tələb edirlər.

Prokurorun sözlərinə görə, təqsirləndirilən şəxslər ifadələrində yanvarın 23-də hadisə baş verən zaman metroda olduqlarını təsdiq edirlər, lakin, yayılan görüntülərdə göstərilən şəxslərin onlar olmadığını bildirirlər. İttiham tərəfi hallar aydınlaşarsa, işin yenidən tövsif oluna biləcəyini istisna etmir.

Məhkəmə iclasında zərərçəkmiş yetkinlik yaşına çatmayan şəxs iştirak edir.

Prokurorluğun yaydığı məlumata görə, azyaşlıya zor tətbiq etdiyinə görə həbs edilən patrul inspektoru qeyri-insani rəftarda, hadisədə iştirak edən ikinci patrul inspektoru isə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.