Tbilisi Şəhər Məhkəməsində 7 Noyabr epizoduna dair Mixeil Saakaşvilinin məhkəmə prosesi keçirilir
Tbilisi Şəhər Məhkəməsində 7 Noyabr epizoduna dair Gürcüstanın sabiq prezidenti, Mixeil Saakaşvilinin məhkəmə prosesi keçirilir.
Bu dəfə prosessual məsələlər müzakirə olunacaq, məhkəmə prosesinin televiziyalar tərəfindən işıqlandırılması məsələsi üzrə müzakirə aparılır.
Məsələnin vəkilləri məhkəmə prosesini işıqlandırmaq üçün digər mətbuat vasitələrinə icazə verilməsini tələb edirlər.
“Gördüyünüz kimi, iyirmiyə yaxın media sizdən prosesi çəkməyi xahiş etdi. İctimai Yayımçının bunu işıqlandırması doğrudur, lakin digər medialara niyə icazə verilməməsi anlaşılmazdır. Məhkəmənin çıxardığı qanunun əsası yalandır, yayımçıya üstünlük verir. Xatırlatmaq istərdim ki, bir neçə medianın işıqlandırması presedenti olub. Həmçinin kovid tənzimləmələr ilə bağlı dedikləriniz yalandır. Bu mətbuat vasitələrinə verdiyiniz yox cavabı obyektiv arqumentlərə əsaslanmır, xahiş edirik sizə müraciət edən mediaya imkan verilsin” – deyə iclasda vəkil Beka Basilaia bildirib.
Prosesdə iş üzrə təqsirləndirilən şəxslərdən biri, paytaxtın keçmiş meri Qiqi Uqulava iştirak edir.
Eyni zamanda Qigi Uqulava heç olmasa İctimai Yayımçıya məhkəmə prosesini canlı işıqlandırmağa icazə verilməsini tələb edib.
“Heç olmasa Birinci Kanala layv hüququ verin, bilirsiniz ki, bu, xüsusi ictimai maraq doğuran mövzudur, çox adam maraqlanır. Canlı yayıma niyə qarşısınız. Qərar verməkdə sərbəst deyilsiniz, şəxsi gətirmirsiniz, bizi bütün hüquqlarımızdan məhrum edirsiniz. Sizin üçün açıq olması yaxşı deyil”- deyə Qiqi Uqulava hakim Nino Elieşviliyə müraciət edib.
Hakim Qiqi Uqulavanı məhkəməyə hörmət etməyə çağırıb və qeyd edib: “Belə danışdığınız üçün məyusam, cənab Qiorqi, bizə mane olmayın”.
Bununla yanaşı, məsələ üzrə prokuror bildirib ki, Qiqi Uqulavanın iddiaları anlaşılmazdır, çünki iclasda kamera iştirak edir və münasib vaxt ərzində material digər telekanallara təqdim olunacaq.
“Bu iddialar anlaşılmazdır, kamera var və münasib vaxtda onlara çatdırılacaq. Bizə çığırmayın” -deyə prokuror Qiqi Uqulavaya müraciət edib.
Eyni zamanda Uqulava prokurora müraciət edib: “Əllərinizlə danışmayın”.
Mixeil Saakaşvilinin özü məhkəmə prosesində iştirak etmir. Penitensiar Xidmətdən də qeyd edildiyi kimi, mümkün destruktiv hərəkətlər və sağlamlıq üçün əlavə risklər səbəbindən qurum Saakaşvilini məhkəməyə aparmaq imkanından məhrumdur.