Tbilisi Şəhər Məhkəməsi yaxınlığında aksiyada qarşıdurma baş verib
Tbilisi Şəhər Məhkəməsi yaxınlığında aksiyada qarşıdurma baş verib

 

Tbilisi Şəhər Məhkəməsi yaxınlığında aksiyada kiçik qarşıdurma baş verib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarları şəhər məhkəməsinin həyətində aksiya keçirirlər. Onlar binadan çıxan penitensiar xidmətin nümayəndəsindən prosesin təxirə salınması ilə bağlı vəsatətə dair izahat tələb ediblər.

Aksiya iştirakçıları onu “prezidentin qatili” adlandırıblar.

Penitensiar xidmətin nümayəndəsi patrul polisi və mandatur xidmətinin dəstəyi ilə ərazini tərk edib.

Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə məhkəmə prosesi keçirilib.

Hakim iclasda Xüsusi Penitensiar Xidmətin məktubunu oxuyub, məktuba əsasən, Xüsusi Penitensiar Xidmət məhkum Saakaşvilinin distansional iştirakını təmin etmək imkanından məhrumdur.

Növbəti proses dekabrın 22-də keçiriləcək.