Tbilisi Şəhər Məhkəməsi Laşa Nakaidzeyə qarşı həbs qətimkan tədbirinin seçilməsini müzakirə edir
Tbilisi Şəhər Məhkəməsi Laşa Nakaidzeyə qarşı həbs qətimkan tədbirinin seçilməsini müzakirə edir

Tbilisi Şəhər Məhkəməsi “Mtavari Arxi” teleşirkətinin aparıcısı, Laşa Nakaidzeyə qarşı həbs qətimkan tədbirinin seçilməsini müzakirə edir.

Hakim ittiham tərəfinin vəsatətinə əsasən iclası bağladı. İttiham tərəfi iclasın bağlanmasına səbəb kimi, işin cinsi zorakılıqdan getməsini göstərdi.

“Bu gün cinsi cinayət hadisəsini müzakirə edəcəyik. Hesab edirəm ki, proses qapalı rejimdə aparılmalıdır”, – prokuror Natiya Zoidze qeyd etdi və hakim bununla razılaşdı.

Bununla yanaşı ittiham tərəfi həbs cəzasını istəyir. Prokurorun sözlərinə görə, qaçmaq, cinayəti yenidən törətmək və şahidlərə təsir etmək təhlükəsi var.

Proses başlammışdan əvvəl müdafiə tərəfi açıqlama verməyib.

Prokurorluq Laşa Nakaidzeyə qarşı zorlama, məişət zorakılığı və həyatla hədələmə faktları üzrə ittiham irəli sürüdü, bu da altı ildən səkkiz ilədək həbs cəzası nəzərdə tutur.