Tbilisi Şəhər Məhkəməsi qarşısında 29 noyabrda aksiya zamanı polis işçisinə hücum faktı üzrə DİN bir nəfəri yaxaladı
Tbilisi Şəhər Məhkəməsi qarşısında 29 noyabrda aksiya zamanı polis işçisinə hücum faktı üzrə DİN bir nəfəri yaxaladı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları 1974-cü il təvəllüdlü K.K.-nı polis işçisinə hücum ittihamı ilə yaxaladılar.

Nazirliyin məlumatına görə, cinayət dörddən yeddi ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən olundu ki, cari ilin 29 noyabrında, Tbilisi Şəhər Məhkəməsi qarşısında “Milli Hərəkat” partiyası tərəfindən təşkil olunan etiraz aksiyasında K.K. Patrul Polis Departamentinin əməkdaşına hücum etdi və bayrağın sapağı ilə baş nahiyəsinə fiziki xəsarət yetirdi.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin birinci hissəsi ilə aparılır.

Elə həmin günü polis əməkdaşına müqavimət göstərmək və zorakılıq etmək ittihamı ilə dörd nəfər həbs edilib”, – məlumatda deyilir.