Tbilisi Şəhər İcra Hakimiyyəti Sioni Katedralidə reabilitasiya layihəsinə başlayır
Tbilisi İnkişaf Fondu Sioni Katedralidə reabilitasiya layihəsinə başlayır — bu barədə Kaxa Kaladze bu gün bələdiyyə hökumətinin iclasında məlumat verib.
Onun sözlərinə görə, kilsə və onun zəng qülləsi mədəni irs statusuna malik abidələrdir.
“Şəhərimiz üçün mədəni irs statuslu abidələrin mövcudluğu böyük sərvətdir. Bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirmişik. Hazırda Tbilisi İnkişaf Fondu Sioni Katedralində reabilitasiya layihəsinə başlayır”, — deyə Kaxa Kaladze bildirib.
Şəhər meri qeyd edib ki, işlərin oktyabr ayının sonunadək başa çatdırılması planlaşdırılır.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə kilsənin dam örtüyü və zəng qülləsi zədələnib, bu səbəbdən yağıntılar divarlara zərər vurur və daxildəki freskalar üçün təhlükə yaradır. Buna görə də reabilitasiya məhz bu hissələrə şamil olunacaq. O həmçinin bildirib ki, tender prosedurları artıq başa çatıb, qalib şirkət müəyyən edilib və müqavilə imzalanıb.