Tbilisi Sakrebulosunun üzvü Temur Qorqiladze rüşvət almaq faktında yaxalandı
Tbilisi Sakrebulosunun üzvü Temur Qorqiladze rüşvət almaq faktında yaxalandı

Dövlət Təhlükəsizliyi Xidmətinin anti-korrupsiya agentliyinin əməkdaşları, həyata keçirdikləri  operativ-istintaq tədbirləri nəticəsində, Tbilisi Sakrebulosunun üzvü və Krtsanisi rayonunun majoritar deputatı olan Temur Qorgiladzeyi rüşvət almaq faktında yaxaladılar.

Bu barədə məlumatı DTX yayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamasına görə, Temur Qorgiladze, bir nəfərdən, qohumunu əfv komissiyasının yardımı ilə həbsdən çıxardılmasının əvəzinə, rüşvət olaraq, 7 000 amerikan dolları tələb etdi.

Gürcüstanın Cinayət Məcəlləsinə əsasən, qeyd olunan cinayət faktı 7-dən 11 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Faktla bağlı istintaqı Dövlət Təhlükəsizliyi xidmətinin anti-korrupsiya agentliyi aparır.