Tbilisi Sakrebulosunun iclasında Vake Parkı faciəsində həlak olan Marita Meparişvilinin xatirəsi ehtiramla yad edilib
Tbilisi Sakrebulosunun iclasında Vake Parkı faciəsində həlak olan Marita Meparişvilinin xatirəsi ehtiramla yad edilib

 

Paytaxt meri Kaxa Kaladzenin dinlənildiyi Tbilisi Sakrebulosunun iclasında Vake Parkı faciəsində həlak olan Marita Meparişvilinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Kaxa Kaladzenin qeyd etdiyi kimi, 2022-ci ildə Tbilisinin başına gələn faciə hər bir insan üçün böyük ağrıdır.

“Bizim həyata keçirdiyimiz və yaxın illərdə həyata keçirməyi planlaşdırdığımız layihələr haqqında danışmaq imkanımız var. Bu gün mən üzərində işlədiyimiz, işləməyə davam etdiyimiz və gələcəkdə də işləyəcəyimiz şəhər üçün həyati əhəmiyyət kəsb edən miqyaslı hadisələrdən, aradan qaldırmalı olduğumuz çətinliklərdən, problemlərdən, birlikdə nail olmamız gərəkən məqsədlərdən danışacağam.

2022-ci ilə gəlincə, bu il Tbilisinin bir sıra çağırışları var idi, onların əksəriyyətini biz qələbə ilə taclandırdıq, lakin qələbələrlə yanaşı, çoxlu problemlər, çağırışlar və təəssüf ki, böyük bir faciə oldu ki, bu da şəxsən mənim üçün, işçilərim üçün adi, sıravi bir vətəndaş üçün, Paytaxt meri üçün, dörd uşaq atası üçün bütün bunları kölgədə qoydu.

Bütün çətinlikləri, bütün problemləri aradan qaldırmaq olar, bütün məhv olmuş yolları bərpa etmək olar, lakin 2022-ci ildə Tbilisinin başına gələn faciə təkcə mənim üçün deyil, əminəm ki, hər birimiz üçün böyük ağrıdır. Məhz bu səbəbdən mən bugünkü məruzəmə analoji faciənin heç vaxt təkrarlanmamasına borclu olduğumuz Maritanın xatirəsi ilə başlamaq istəyirəm. Xahiş edirəm, Maritanın xatirəsini bir dəqiqəlik sükutla yad edək”- deyə Kaxa Kaladze açıqlayıb.