Tbilisi Sakrebulosunun iclasında səs-küy yaşanıb
Tbilisi Sakrebulosunun iclasında səs-küy yaşanıb

 

Tbilisi Sakrebulosunun iclası səs-küy və sözlü qarşıdurma ilə açılıb.

Qarşıdurma “Milli Hərəkat” üzvlərinin Saakaşvilinin səhhəti ilə bağlı açıqlamalarından sonra yaranıb. “Milli Hərəkat”ın nümayəndəsi Zviad Kuprava və Sakrebuloda “Gürcü Arzusu” fraksiyasının üzvü Otar Qriqolia mübahisə yaşayıblar.

“Milli Hərəkat”ın üzvləri iclas salonunda “Free Misha” yazılmış və keçmiş prezidentin təsviri olan pankart açıblar . Onlar Salome Zurabişviliyə Saakaşvilini əfv etməsi tələbi ilə müraciət ediblər.