Tbilisi Sakrebulosu paytaxtın 2019-cu ilin büdcəsini təsdiqlədi
Tbilisi Sakrebulosu paytaxtın 2019-cu ilin büdcəsini təsdiqlədi

Tbilisi Sakrebulosunun bugünki iclasında paytaxtın 2019-cu ilin büdcəsi təsdiqləndi.

2019-cu ilin büdcə layihəsinin tam həcmi keçən ilin büdcəsi ilə müqayisədə 66 milyon lari ilə artdı və 927,6 milyon lari təşkil etdi.

“Milli Hərəkat” fraksiyasının nümayəndələri büdcə müzakirəsində iştirak etmədilər və etiraz olaraq, iclası tərk etdilər.

Daha sonra iclası “Avropa Gürcüstanının” üzvləri də tərk etdilər.

2019-cu ildə infrastruktur layihələri üçün 357 milyon lari ayrılıb.

Sosiyal və səhiyyə layihələri üçün 327,9 milyon lari ayrılıb.

2019-cu ilin ərzində büdcənin həcmi bir milyard lariyi aşacaq.