Tbilisi, Rustavi, Kutaisi, Batumi, Qori, Zuqdidi, Poti və Telavidə munisipal nəqliyyatın hərəkətinə olan məhdudiyyət qüvvədə qalır
Tbilisi, Rustavi, Kutaisi, Batumi, Qori, Zuqdidi, Poti və Telavidə munisipal nəqliyyatın hərəkətinə olan məhdudiyyət qüvvədə qalır

Hökumət administrasiyasında keçirilən brifinqdə baş nazir müavini, Maya Tskitişvilinin bəyan etdiyinə görə, 24 dekabrdan 2 yanavara qədər məhdudiyyətlərin yüngülləşdirilməsi baş verməyəcək və Tbilisi, Rustavi, Kutaisi, Batumi, Qori, Zuqdidi, Poti və Telavidə munisipal nəqliyyatın hərəkətinə olan məhdudiyyət qüvvədə qalır

Həmçinin şəhərlərarası nəqliyyatın hərəkətinə olan məhdudiyyət aradan götürülmür.

Özəl avtomobillə hərəkət yenə də mümkün olacaq.

“İstisna Yeni İl gecəsi – 31 dekabr gecəsi və eləcə də Milad gecəsi – 6 yanvar gecəsi olacaq.

“Qeyd olunan istisnalara baxçayaraq, əhaliyə yenə də müraciət edirik ki, bayramları evlərində qeyd etsinlər”, – Maya Tskitişvili bəyan etdi.

Koordinasiya şurası bu gün qərar qəbul etdi ki, 24 dekabrdan 2 yanvar da daxil olmaqlda məhdudiyyətlərin yüngülləşdirilməsi tam həcmi ilə həyata keçirilməsin.