Tbilisi rəsmi olaraq "Ümumdünya Kitab Paytaxtları Şəbəkəsi"nə qoşulub
Polşada, Vrotslav şəhərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) və Vrotslav munisipalitetinin təşkilatçılığı ilə Ümumdünya Kitab Paytaxtları Şəbəkəsinin nümayəndələrinin görüşü keçirilib.
Tbilisi meriyası tərəfindən verilən məlumatda, tədbir çərçivəsində Tbilisinin də qoşulduğu dünya kitab paytaxtları statusuna malik şəhərlər arasında “Ümumdünya Kitab Paytaxtları Şəbəkəsi”nin təsis sənədinin rəsmi olaraq imzalandığı deyilir. Şəbəkənin məqsədi ədəbiyyatı təbliğ etmək, savadlılığı populyarlaşdırmaq və bu sahəni inkişaf etdirməkdir.
Memorandumu Tbilisi merinin müavini Andria Basilaia imzalayıb, o, qonaqlar qarşısında çıxış edərək görüşün təşkilinə görə Vrotslav meriyasına, Vrotslav Ədəbiyyat Evinə və YUNESKO-ya, “Ümumdünya Kitab Paytaxtları Şəbəkəsi”nin nümayəndələrinə təşəkkür edib.
“Oxşar tipli görüşlər şəbəkənin inkişafı, beynəlxalq tədbirlərin planlaşdırılması və daha sıx əlaqələrin qurulması üçün xüsusilə önəmlidir. Bu il aprelin 23-də Tbilisi bir illik ədəbiyyat festivalına səyahəti başa vurdu və dünya kitab paytaxtı statusu Qvadalaxara ötürüldü, lakin munisipalitetin meriyası fəal iştirak edir, müxtəlif vasitələrlə ədəbiyyat və savadlılığın təbliği istiqamətində ardıcıl addımlar atmağa davam edir. Tbilisi meriyası Tbilisi Beynəlxalq Kitab Festivalının fəal dəstəkçisidir və kitab nəşrinin müştərək maliyyələşdirmə proqramını həyata keçirir. Həmçinin oxucuları və nəşriyyatları təbliğ etmək məqsədilə sahənin inkişafı üçün xüsusi əks-səda və effekt verən ən yaxşı layihələri yenidən həyata keçirməyə davam edəcək. Məsələn, YUNESKO-nun “Tbilisi – Dünya Kitab Paytaxtı” layihəsi çərçivəsində yaradılmış və bu il də keçiriləcək uşaq kitab yarmarkası bunun nümunəsidir” -deyə Andria Basilaia bildirib.
O bildirib ki, YUNESKO-nun “Ümumdünya Kitab Paytaxtları Şəbəkəsi”nin bu il ilk stendlə təmsil olunacağı Frankfurt Beynəlxalq Kitab Festivalı layihəsində Tbilisi Munisipalitetinin Meriyası fəal iştirak edir.
“Tbilisi savadlılığın təşviqinin sağlam cəmiyyətin formalaşması, gənclərin güclənməsi, kitaba çıxış imkanlarının artırılması üçün kitab paytaxtı anlayışının məqsəd və vəzifələrinin əhəmiyyətini, birgə həyata keçirilən layihələrin böyük gücə malik olduğunu və dəyişikliklərə səbəb ola biləcəyini tam başa düşür. Bundan irəli gələrək, biz şəbəkənin güclənməsinə dəstək olmaq üçün imkanlarımızdan maksimum istifadə etməyə hər zaman hazır olacağıq. Biz Frankfurt Beynəlxalq Kitab Festivalı layihəsində fəal iştirak edirik, 2022-ci ildə YUNESKO-nun “Dünya Kitab Paytaxtları Şəbəkəsi” ilk stendlə təqdim olunacaq və çoxlu sayda insan onunla tanış olacaq”- deyə Tbilisi merinin müavini bildirib.
Görüşdə həmçinin “Dünya Kitab Paytaxtları Şəbəkəsi”nin sədrinin adı çəkilib, Tbilisi meriyasının çoxfunksiyalı kitabxanalar birliyinin direktoru Ninia Macharaşvili bir il müddətinə bu funksiyanı yerinə yetirəcək .