Tbilisi Munisipal İnspeksiyası - İnsanların yaşadıqları qeyri-qanuni inşaatları demontaj etmək meriyanın səlahiyyətinə daxil deyil, çünki əhalinin köçürülməsini munuspalitet həyata keçirmir
Tbilisi Munisipal İnspeksiyası - İnsanların yaşadıqları qeyri-qanuni inşaatları demontaj etmək meriyanın səlahiyyətinə daxil deyil, çünki əhalinin köçürülməsini munuspalitet həyata keçirmir

“Müxtəlif medya vasitələri tərəfindən yayılan məlumata səslənmək istəyirik, güya “İnsan hüquqları üçün partnyorluq” təşkilatı (PHR), Samqori rayonunda bir yaşayış evinin demontajının dayandırılması üçün məhkəməyə müraciət edib” – deyilir  munisipal inspeksiyanın bəyanatında.

“Təşkilatın məlumatına görə, Çangeliya ailəsinin evi dekabrın 20-də demontaj edilməlidir.

Tbilisi munisipal inspeksiyası dövlət torpaqlarına qeyri-qanuni şəkildə sahiblənmə və qeyri-qanuni inşaat faktlarının monitorinqini sistematik şəkildə həyata keçirir və sadəcə insanların hələ yaşamadığı və inşaatı başa çatmamış obyekləri demontaj edir.

Demontaj prosesi başlayana qədər isə, munisipalitet qeyri-qanuni inşaat sahibinə yazılı şəkildə məlumat göndərir.

Çangeliya ailəsinə göndərilən yazılı tapşırıqda isə, konkret müddət, yəni 20 dekabr göstərilməyib.

Bu haqda yayılan məlumat da yalandır.

Yenə bir daha deyirik, artıq tikib hazır olan və içində insanların yaşadığı evləri demontaj etmək munisipalitetin səlahiyyətinə daxil deyil.

Müxtəlif təşkilatların nümayəndələrinə müraciət edirik ki, ictimaiyyəti səhvə salmaq üçün yalan məlumat yaymasınlar və yaxud məlumat yayana qədər, məlumatın doğru-olub olmadığını müvafiq xidmətlərdən yoxlasınlar” deyilir meriyanın bəyanatında.