Tbilisi metrosunun birinci xəttində sərnişindaşıma xidməti müvəqqəti olaraq dayandırılacaq
Tbilisi metrosunun birinci xəttində sərnişindaşıma xidməti müvəqqəti olaraq dayandırılacaq

Tbilisi metrosunun birinci xəttində baş vermiş texniki nasazlıq səbəbindən “Axmeteli” metrostansiyasından “Quramişvili” metrostansiyasına qədər sərnişindaşıma xidməti qısa müddətli dayandırılacaq. Məlumatı Tbilisi Meriyası yayır.

Paytaxt meriyasından verilmiş məlumatda, qatarların “Quramişvili” metrostansiyasından “Varketili” metrostansiyasına və əks istiqamətdə hərəkət edəcəyi deyilir.

“Saburtalo xəttinə gəlincə, sərnişindaşıma xidməti adi qaydada davam edəcək. Tbilisi Nəqliyyat Şirkəti yaranmış narahatlığa görə üzr istəyir” – meriyanın məlumatında deyilir.