Tbilisinin Mərkəzi Ədliyyə Evi avqustun 3-də saat 9:00-dan etibarən fəaliyyətini bərpa edəcək
Tbilisinin Mərkəzi Ədliyyə Evi avqustun 3-də saat 9:00-dan etibarən fəaliyyətini bərpa edəcək-məlumatı qurum yayır.
Məlumatda qeyd edildiyi kimi, Tbilisinin Mərkəzi Ədliyyə Evinin dayanacağı ərazisindən Səyyar Ədliyyə Evləri vasitəsi ilə hazır sənədlər rahat şəkildə verilir. Səyyar ədliyyə evləri saat 21:00-dək istifadəçilərə bu rejimdə xidmət göstərəcək.
“Daxil olan bildirişlə bağlı qanunvericiliyə uyğun olaraq təhlükəsizliklə bağlı bütün zəruri, müvafiq tədbirlər görülüb.
Ədliyyə Evinin Zəng Mərkəzi fəaliyyətini bərpa edib və adi qaydada, günün istənilən vaxtında, 24 saat müştərilərə xidmət göstərməkdə davam edir.
Tbilisinin Mərkəzi Ədliyyə Evi avqustun 3-də saat 9:00-dan etibarən öz işini bərpa edəcək”, – məlumatda bildirilir.
Tbilisinin Ədliyyə Evində partlayıcı maddənin olması barədə anonim məlumat daxil olub və bunun əsasında vətəndaşların təxliyəsi elan edilib.