Tbilisi Meriyasının Vətəndaşlara Xidmət Mərkəzi texniki işlərə görə fəaliyyətini müvəqqəti olaraq dayandırır
Tbilisi Meriyasının inzibati binasında davam edən texniki işlərə görə bu ilin iyulun 8-dən Vətəndaşlara Xidmət Mərkəzi fəaliyyətini müvəqqəti olaraq dayandırır.
Tbilisi Meriyasının mətbuat xidmətindən verilən məlumata əsasən, vətəndaşlara bir neçə rayon xidmət mərkəzində konkret istiqamətlər üzrə müvafiq xidmətlər göstəriləcək. Xüsusilə:
Tbilisi Meriyasının Əmlakın İdarə Edilməsi Agentliyinin, Memarlıq Xidmətinin və Tbilisinin Munisipal Təftişinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı xidmətlər vətəndaşlara Kostava 72 ünvanında göstəriləcək.
Səhiyyə və Sosial Xidmətlər, Ətraf Mühitin Mühafizəsi, İnfrastrukturun İnkişafı Şəhər Xidmətlərinin, eləcə də Nəqliyyat və Şəhər İnkişaf Agentliyinin səlahiyyətlərinə aid olan məsələlərə gəlincə, vətəndaşlara müvafiq xidmət Tamaraşvili N10a ünvanında yerləşən Vake rayon xidmət mərkəzində və Mitskeviçi N20 ünvanında yerləşən Saburtalo rayon xidmət mərkəzində göstəriləcək .
Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs “Mənim vəkilim” bütün rayon xidmət mərkəzlərində vətəndaşlara xidmət göstərəcək.