Tbilisi Meriyasının sifarişi ilə cari infrastruktur işlər 2021-ci il 8 yanvardan yenilənəcək
Tbilisi Meriyasının sifarişi ilə cari infrastruktur işlər 2021-ci il 8 yanvardan yenilənəcək

Tbilisi Meriyasının sifarişi ilə cari infrastruktur işlər 2021-ci il 8 yanvardan yenilənəcək, – bu barədə Kaxa Kaladze Tbilisi hökuməti iclasında bəyan etdi.

“Bildiyiniz kimi, şəhərdə müxtəlif infrastruktur işləri aparılır. Bütn istiqamətlər üzrə layihələrin həyata keçirilməsinə başlanılmışdı. İşlər adi rejimdə həyata keçirilirdi. Buna görə, şirkətlərə minnətdarlığımı bildirirəm. Onu nəzərə alaraq ki, Yeni İl gəlir, ölkədə müəyyən məhdudiyyətlər var, o cümlədən şəhərlərarası hərəkət qadağandır, buna görə, sabahdan işlər dayandırılacaq və şirkətlərin personalı rayonlarına gedə biləcəklər. Obyektlərdə işlər 2021-ci il 8 yanvardan yenilənəcək”, – Kaladze bəyan etdi.