Tbilisi Meriyasının proqramı çərçivəsində bu il məhdud imkanlara malik şəxslərə verilən kurort vauçerlərinin sayı 3000-i aşıb
Tbilisi Meriyasının proqramı çərçivəsində bu il məhdud imkanlara malik şəxslərə verilən kurort vauçerlərinin sayı 3000-i aşıb

 
Tbilisi Meriyasının “Məhdud imkanlara malik uşaq və yeniyetmələr üçün kurort xidmətləri” proqramı çərçivəsində, məhdud imkanlara malik şəxslər üçün Gürcüstanın kurortlarında mehmanxana xərcləri vauçerlər vasitəsilə maliyyələşdirilir-bu haqda Tbilisinin meri Kaxa Kaladze paytaxtın munisipalitetinin iclasında deyib.

O, kurort vauçerinin sahiblərinin mayın 1-dən sentyabrın 15-i də daxil olmaqla istədikləri vaxt ondan istifadə edə biləcəklərini deyib.

“Biz bu proqramı uzun müddətdir həyata keçiririk və çoxlu insan iştirak edir. Səhiyyə və Sosial Xidmətlərin Şəhər Xidməti vauçerin dəyərini ildən-ilə artırırdı və hazırda bir kurort vauçerini 800 lari ilə maliyyələşdirir. Qeyd edək ki, proqramın dizaynı da təkmilləşdirilirdi və bu gün üçün vauçer istifadəçisi (qanuni nümayəndə) istirahət yerini və mehmanxananı özü seçir. Əvvəllər hansı mehmanxana olacağına munisipalitet qərar verirdisə, bu gün vauçer sahibi hansı mehmanxanaya yerləşdiriləcəyini özü seçir. Kurort vauçerindən mayın 1-dən sentyabrın 15-i də daxil olmaqla istifadə etmək mümkündür və onun sahibi sərbəst şəkildə istədiyi vaxtı seçə bilər” – deyə Kaxa Kaladze açıqlayıb.

Tbilisinin meri, bu il məhdud imkanlara malik şəxslərə verilən kurort vauçerlərinin sayının 3000-i aşdığını bildirib.

“Tbilisinin Meriyası hər il verilən vauçerlərin sayını artırır və əgər ötən il 2500 vauçer verilibsə, bu il onların sayı 3000-i aşıb. Biz hər zaman hələ də dəstəyimizə ehtiyacı olan insanların, bütün ailələrin yanında olacağıq və bu dəstək hər zaman davam edəcək” – deyə paytaxt meri qeyd edib.