Tbilisi meriyasının onlayn aplikasiyalarının istifadəçilərinin birləşdirilməsi dövründə, sistem tam şəkildə sabitlənənədək Tbilisi parkinqin istifadəçiləri cərimələnməyəcək
Tbilisi meriyasının onlayn aplikasiyalarının istifadəçilərinin birləşdirilməsi dövründə, sistem tam şəkildə sabitlənənədək Tbilisi parkinqin istifadəçiləri cərimələnməyəcək

 

Tbilisi meriyasının müxtəlif onlayn aplikasiyalarının istifadəçilərinin birləşdirilməsi dövründə, elektron sistemlər tam şəkildə sabitlənənədək, zonal-saatlıq parkinq sisteminin istifadəçiləri cərimələnməyəcəklər-bu barədə məlumatı Tbilisi meriyası yayır.

“Tbilisinin munisipal elektron sistemlərindən istifadəni sadələşdirmək məqsədilə, müxtəlif onlayn aplikasiya istifadəçiləri bir istifadəçidə (bir istifadəçi və bir parol) birləşdirilir ki, bu da vətəndaşların elektron sistemlərdə işini sadələşdirəcək. Göstəriciləri tamamlamaq üçün vətəndaşlar bu gündən sistemə daxil olarkən məlumatlarını bir dəfəliyinə yeniləməli və bir çox hallarda əlavə etməli olacaqlar. İstifadəçiləri birləşdirdikdən sonra, vətəndaş bir istifadəçi ilə aşağıdakı elektron sistemlərdən : Tbilisi parkinq, Tbilisi taksisi, onlayn elanlar portalı və s. istifadə etmək imkanı əldə edəcək.

İslahatla əlaqədar olaraq texniki ləngimələr qeydə alınır, bu müddət ərzində güzəşt müddəti olacaq və elektron sistemlər tam şəkildə sabitlənənədək, zonal-saatlıq parkinq sisteminin istifadəçiləri cərimələnməyəcəklər.

Texniki yardıma ehtiyacınız olması halında, munisipalitetin xidmət mərkəzləri ilə əlaqə saxlaya və ya Munisipal Xidmətlərinin İnkişafı Agentliyinin texniki qaynar xəttinə 1399-a zəng vura bilərsiniz”- deyə Tbilisi meriyasının məlumatında qeyd olunur.