Tbilisi Meriyasının mətbuat xidməti məlumat yayır.
Açıqlamada sosial şəbəkədə Tbilisi merinin fotosu ilə yayılan sitatın həqiqətə uyğun olmadığı qeyd olunub.
“Facebook” sosial şəbəkəsində Tbilisi meri Kaxa Kaladzenin fotosu gün ərzində virus şəklində yayılır, guya onun öz sitatı ilə: “Mən də Avropa İttifaqına üzv dövlətlərə gedirəm, İtaliya və Fransaya da gedirəm, bəzən orda, bəzən burada, hərçənd heç nəyə belə israrlı deyiləm. Bunu belə olduqca çox istəyənlər hava limanının yolunu hamınız yaxşı bilirsiniz”. Sözügedən sitat Tbilisi merinə məxsus deyil və reallıqla heç bir əlaqəsi olmayan “fake”dir. Hamını yalanın tirajlanmasını təşviq etməməyə çağırırıq.
Xahiş edirik, Tbilisi Meriyası ilə əlaqəli istənilən məlumatı munisipalitetin mətbuat xidmətində yoxlayın”-deyə Tbilisi Meriyasının mətbuat xidmətinin bəyanatında deyilir.