Tbilisi Meriyasının məlumatında paytaxta bitişik ərazilərdə yolların təmizləndiyi, texniki duz səpildiyi deyilir
Paytaxta düşən yağıntı və temperaturun aşağı olması ilə əlaqədar “Tbilservice Group” yolların təmizlənməsi işlərini həyata keçirir. Tbilisi Meriyasının mətbuat xidmətinin məlumatında hazırda paytaxta bitişik ərazilərə: Tabaxmela, Kocori, Şindisi, Kiketi, Samadlo, Tsğneti, Tsavkisi və Betaniaya təxminən 25 ton texniki duz səpildiyi qeyd edilib.
“Yolların təmizlənməsi işlərinə “Tbilservice Group”un 50-yə qədər əməkdaşı və altı ədəd xüsusi texnika cəlb olunub. Şirkətin direktoru Davit Paçulia görülən işlərlə yerindəcə tanış olub. Yolun təmizlənməsi prosesi ehtiyaca uyğun şəkildə davam etdiriləcək. Problem olması halında vətəndaşlar həm “Tbilservice Group”un qaynar xəttinə, həm də Tbilisi Meriyasının qaynar xəttinə müraciət edə bilərlər”- deyə Tbilisi Meriyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.